“Lids” “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Xuan Mata ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, “Lids”in idman direktoru Viktor Horta artıq 34 yaşlı ispaniyalı futbolçunun atası ilə mümkün sövdələşmə ilə bağlı əlaqə saxlayıb.
Klub yaxın günlərdə Mata ilə razılığa gəlməyə ümid edir.
Mata 2014-cü ildən “Mançester Yunayted”də çıxış edib, 2021/22 mövsümünün sonunda klubdan ayrılıb.
O, ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 12 oyuna çıxıb, qol vurmayıb.

