Hücumçusunu satdı - 4 illik müqaviləyə imza atdı

13 İyul 2022 10:20 İngiltərə 1 069
Hücumçusunu satdı - 4 illik müqaviləyə imza atdı

“Tottenhem” hücumçusu Cek Klarkı “Sanderlend”ə satıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sanderlend”in rəsmi saytı məlumat yayıb.

İngiltərənin gənclərdən ibarət yığmasının üzvü yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Cek Klark 2019-cu ildə “Lids”dən “Tottenhem”ə transfer olunsa da, bu klubun əsas komandasında forma şansı qazanmayb.

London klubu 21 yaşlı forvardı “Lids”in özünə, KPR-ə, həmçinin “Stok Siti”yə icarəyə verib.

Klark bu ilin əvvəlində də “Sanderlend” tərəfindən icarəyə götürülmüşdü. O, bu komandanın heyətində keçirdiyi 20 oyunda cəmi 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada