"Qazanmaq üçün həmişə bir az şans lazımdır, bunu hamı bilir"

12 İyul 2022 22:00 İngiltərə 945
"Qazanmaq üçün həmişə bir az şans lazımdır, bunu hamı bilir"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp qarşıdakı mövsümlə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, alman məşqçi, klubun mətbuat xidmətinə açıqlamasında növbəti mövsümü səbirsizliklə gözlədiyini deyib:

“Əminəm ki, komandamız yenə kuboklar üçün mübarizə aparacaq. Təbii ki, heç vaxt əvvəlcədən bilmirsən, amma mən yüksək səviyyəli ustalıq nümayiş etdirən komanda görürəm.

Kuboku qazanmaq üçün həmişə bir az şans lazımdır, bunu hamı bilir. Amma yaxşı mövsüm keçirmək üçün ilk növbədə sabitlik lazımdır və biz buna nail olmağa çalışacağıq.

Bəli, bəzi oyunçular getdi, amma biz də yeni futbolçularla müqavilə bağladıq.

Qarşıdakı mövsümü səbirsizliklə gözləyirəm. Futbolda heç nəyə əmin ola bilməzsən, amma daha yaxşı mövsüm keçirmə şansımız yüksəkdir”.

“Liverpul” ötən mövsüm Premyer Liqanı ikinci yerdə başa vuraraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti