Sportinfo.az xəbər verir ki, "Vulverhmeppton"un nümayəndəsi Matt Cekson millimizin üzvü Renat Dadaşovun klubdan ayrılması haqda danışıb.
O xatırladıb ki, R.Dadaşov İngiltərə Premyer Liqası təmsilçisində oynadığı müddətdə ciddi zədə alıb:
"Ona görə Renatı icarəyə verdik. O, 2020-ci ilin avqustunda icarə əsasında "Qrasshopper"ə keçdikdən qısa müddət sonra da ayağından zədələndi.
Ötən mövsüm onun "Tondela"ya icarəsi ciddi zədəsini sağaltmaq və oynamağa hazır olduğunu sübut etmək üçün çox vacib idi.
O, Portuqaliyada "Tondela" üçün çətin bir mövsümdə çıxış etdi. Komanda aşağı liqaya düşsə də, Renat oynaya biləcəyini göstərdi.
Əgər Dadaşov qarşıdakı bir neçə il ərzində həqiqətən inkişaf edə bilsə, "Vulverhempton" yenidən onunla müqavilə imzalamaq üçün növbədə olacaq".
23 yaşlı hücumçu İsveçrənin "Qrasshopper" klubu ilə 2+1 illik müqavilə imzalayıb.

