Premyer Liqa klubu albaniyalı qapıçıya elçi düşdü

11 İyul 2022 10:20 İngiltərə 956
Premyer Liqa klubu albaniyalı qapıçıya elçi düşdü

"Mançester Yunayted" "Latsio" ilə müqaviləsi başa çatan Tomas Strakoşanı transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" 27 yaşlı qolkiperlə maraqlanır.

Bildirilib ki, "Mançester Yunayted" David De Xea üçün əvəzedici axtarır. Çünki komandanın ehtiyat qapıçısı Din Henderson 2022/23 mövsümünü icarə əsasında "Nottinqem Forest"də keçirəcək.

Alban oyunçunun "Latsio" ilə müqaviləsi iyunun 30-u başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada