Bernardo Silva "Mançester Siti"dən "Barselona"ya keçir

10 İyul 2022 18:20 İngiltərə 1 195
Bernardo Silva "Mançester Siti"dən  "Barselona"ya keçir

"Mançester Siti"nin futbolçusu Bernardo Silva "Barselona"ya keçməyə hazırlaşır.

Sportinfoaz xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya klubunun prezidenti Joan Laporta iyulun 4-də 27 yaşlı yarımmüdafiəçinin meneceri Xorxe Mendeşlə şam yeməyi yeyib. Görüşün böyük hissəsi portuqaliyalı oyunçunun transferinə həsr olunub.

Tərəflər Silvanın maaşının "Barselona"da qoyulan limitlərə uyğun olacağını da bildiriblər.

Silva geridə qalan mövsüm 35 matçda 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada