İngiltərə klubunun meneceri azərbaycanlı hücumçu üçün nə dedi?

10 İyul 2022 00:50 İngiltərə 1 365
İngiltərə klubunun meneceri azərbaycanlı hücumçu üçün nə dedi?

"Vulverhempton"un istedadlı oyunçular üzrə marketinq meneceri Met Cekson Azərbaycan millisinin futbolçusu Renat Dadaşova təşəkkürünü bildirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəsmisi İsveçrə "Qrasshopper"inə keçən 23 yaşlı hücumçuya uğurlar arzulayıb.

"3 il ərzində göstərdikləri səylərə görə klubun adından ona təşəkkür edirəm. Dadaşovla işləmək xoş idi. Ümid edirik ki, yeni komandasında əla karyera quracaq" - Cekson vurğulayıb.

Renat Dadaşov "Vulverhempton"la 2+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti