Alman qapıçının özü Premyer Liqa klubu ilə anlaşdı – Bəs 12 milyon?

8 İyul 2022 18:20 İngiltərə 838
Alman qapıçının özü Premyer Liqa klubu ilə anlaşdı – Bəs 12 milyon?

“Arsenal”ın qapıçısı Bernd Leno “Fulhem”lə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, artıq qapıçı ilə paytaxt klubu arasında hər şey razılaşdırılsa da, klublar arasında transferin məbləği hələ də müzakirə olunur.

“Arsenal” Leno üçün 12 milyon avro istəyir.

Daha əvvəl bildirilmişdi ki, Almaniya millisinin üzvü DÇ-2022-də iştirak etmək üçün daha çox oyun vaxtı əldə etməyə ümid edir.

Lenonun “Arsenal”la müqaviləsi 2023-cü ilin yayında başa çatır.

30 yaşlı almaniyalı 2018-ci ildə “Bayer”dən (Leverkuzen) 25 milyon avroya transfer olunduqdan sonra “topçular”ın heyətində 122 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti