Türkiyəli vingerə Premyer Liqanın hansı klublarından təklif gəlib?

8 İyul 2022 12:20 İngiltərə 993
Türkiyəli vingerə Premyer Liqanın hansı klublarından təklif gəlib?

“Lill”in türkiyəli yarımmüdafiəçisi Yusif Yazıçı karyerasını İngiltərə Premyer-Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu il Premyer-Liqaya vəsiqə qazanan 2 klub – “Fulhem” və “Şeffild Yunayted” Yazıçının xidmətində maraqlıdır.

Tərəflər arasında danışıqların başladığı da bildirilir. Məlumata görə, “Lill” Yazıçı üçün 13,5 milyon avro tələb edir.

25 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

O, ötən mövsümün ikinci yarısını icarə əsasında Moskva ÇSKA-sında keçirib. Yazıçı Rusiya klubunda keçirdiyi 12 oyunda 8 qol vurub, 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada