Ronaldo klub rəhbərliyindən xahiş etdi ki...

3 İyul 2022 12:00 İngiltərə 1 550
Ronaldo klub rəhbərliyindən xahiş etdi ki...

"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo klubu tərk etməkdə israrlıdır.

Sportinfo.az xəbər veri ki, bu barədə "The Times" məlumat yayıb.

37 yaşlı hücumçu “qırmızı şeytanlar” rəhbərliyindən yaxşı təklif olarsa, onu satmağı xahiş edib. Ronaldo peşəkar karyerasının sonu yaxınlaşdığı üçün Çempionlar Liqasında oynamaq istəyir.

Bundan əvvəl də Kriştianunun "Mançester Yunayted"dən ayrılmaq istədiyi bildirilirdi. Qeyd olunub ki, hücumçu Premyer Liqadakı rəqibləri ilə müqayisədə klubun transfer bazarındakı işlərindən narazıdır.

Ronaldo ilə "Roma", "Sportinq", "Çelsi" və "Bavariya"nın maraqlandığı qeyd olunur. Buna baxmayaraq, “Mançester Yunayted” ulduz oyunçu ilə yolları ayırmaq istəmir.

Ronaldo ötən il "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti