Salah “Liverpul”la yeni müqavilə imzaladı – Üç illik

2 İyul 2022 00:00 İngiltərə 459
Salah “Liverpul”la yeni müqavilə imzaladı – Üç illik

Məhəmməd Salah “Liverpul” ilə uzunmüddətli müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müqavilənin dəqiq şərtləri barədə məlumat verilmir. Bununla belə, insayder Fabrisio Romanonun sözlərinə görə, müqavilə 2025-ci ilin iyun ayına qədərdir.

30 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Salah ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 51 oyunda 31 qol vurub və 15 məhsuldar ötürmə edib. Misirli futbolçu “Liverpul”da cəmi 5 il ərzində 254 matçda 156 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti