Paytaxt klubu braziliyalı forvardın transferini nə vaxt açıqlayacaq?

29 İyun 2022 12:00 İngiltərə 940
Paytaxt klubu braziliyalı forvardın transferini nə vaxt açıqlayacaq?

"Mançester Siti"nin forvardı Qabriel Jezus "Arsenal"la müqavilə imzalamaq üçün tibbi müayinədən keçəcək.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı forvard buna görə Londona yollanıb.

Hər şey müsbət yekunlaşarsa, "topçular" braziliyalı forvardla bu həftə rəsmi müqavilə imzalayacaq.

Qabriel braziliyalı forvard üçün qarşı tərəfə 45 milyon funt-sterlinq ödəyəcək.

Ötən mövsüm o, "Mançester Siti"nin heyətində 41 matçda 13 qol vurub, 12 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada