Premyer Liqa klubu ilk dəfə bir transferə bu qədər pul xərclədi

27 İyun 2022 10:20 İngiltərə 2 191
Premyer Liqa klubu ilk dəfə bir transferə bu qədər pul xərclədi

“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq bu klub “Union Berlin”dən Tayvo Avoniyini transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Nigeriyadan olan 24 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

“Nottingem Forest” rəsmi açıqlamada bu transferin klub rekordunun qırılması sayəsində gerçəkləşdiyini bəyan etsə də, məbləğ açıqlanmayıb.

İngiltərə mətbuatı isə klubun bu keçidə görə Almaniya təmsilçisinə 17 milyon funt-sterlinq ödədiyini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti