Ronaldo niyə narahatdır?

24 İyun 2022 00:00 İngiltərə 485
Ronaldo niyə narahatdır?

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun İngiltərə klubunda qalıb-qalmayacağı ilə bağlı məsələ hələ də aktualdır.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu klubdakı hazırkı vəziyyətdən narahatdır.

Ronaldo karyerasındakı son mövsümlərindən birini kubok qazanmaq perspektivi olmayan bir komandada keçirmək istəmir.

Əvvəllər Ronaldo “Mançester Yunayted”in cari mövsüm üçün Çempionlar Liqasına düşə bilməməsinə baxmayaraq, “qırmızı şeytanlar”la müqaviləsinin sonuna qədər davam etməkdə qərarlı olub.

İndi isə portuqaliyalı hücumçunun bu məsələdə inamlı olmadığı bildirilir.

Onun əhval-ruhiyyəsinin dəyişməsinə Erlinq Halandın “Mançester Siti”yə, Darvin Nunyesin “Liverpul”a keçidi təsir edib. Ronaldo hesab edir ki, indi “Mançester Yunayted”lə bu klublar arasında uçurum daha da böyüyəcək.

37 yaşlı hücumçu “Mançester Yunayted”dən bu yay heyətini lazımi şəkildə gücləndirməsini gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti