"Komandada qalmaq istəməyən oyunçuları istəmirəm"

21 İyun 2022 12:20 İngiltərə 1 039
"Komandada qalmaq istəməyən oyunçuları istəmirəm"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Bernardo Silvanın gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, portuqaliyalı oyunçunun Mançester təmsilçisində qalacağına inandığını deyib:

"Amma "Barselona"da olduğum vaxtdan bəri həmişə dediyim kimi komandada qalmaq istəməyən oyunçuları istəmirəm. Amma fikrimcə, Bernardo ilə əməkdaşlıq davam edəcək”.

Silva ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyunda 8 qol vurub, 4 qolun ötürməsini verib. Onun "Barselona"ya keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti