Paytaxi klubu tanınmış futbolçunu transfer etmək niyyətindədir

20 İyun 2022 00:20 İngiltərə 990
Paytaxi klubu tanınmış futbolçunu transfer etmək niyyətindədir

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Mançester Siti"nin vingeri Rahim Sterlinqlə maraqlanır.

"Zadəganlar" "şəhərlilər"lə1 illik müqaviləsi qalan ingiltərəli oyunçunu az məbləğ ödəməklə heyətinə qatmaq istəyir.

Rahim Sterlinq 2015-ci ildə "Liverpul"dan "Mançester Siti"yə transfer olunub.

İngiltərə millisinin üzvü başa çatan mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 47 oyunda 17 qol və 9 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada