Salahla "Liverpul"la yeni müqavilə şərtlərini razılaşdıra bilmir

19 İyun 2022 15:40 İngiltərə 899
Salahla "Liverpul"la yeni müqavilə şərtlərini razılaşdıra bilmir

"Liverpul" Məhəmməd Salahla yeni müqavilə ilə bağlı razılıq əldə edə bilmir.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mersisayd təmsilçisi misirli hücumçunu müqaviləsi başa çatdıqdan sonra buraxmaq qərarına gəlib.

Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent statusunda olacaq.

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında "Roma"dan transfer olunub.

Misir yığmasının üzvü başa çatan mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada