Premyer Liqa klubu 20 milyon avro verir - "Trabonspor"un hücumçusuna

19 İyun 2022 15:20 İngiltərə 951
Premyer Liqa klubu 20 milyon avro verir - "Trabonspor"un hücumçusuna

"Trabzonspor"un hücumçusu Andreas Kornelius karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Brentford" danimarkalı forvardı heyətinə qatmaq istəyir.

Komanda 29 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.

Andreas Kornelius "Trabzonspor"a 2021-ci ilin yayında "Parma"dan transfer olunub. Danimarka millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti