Ronaldo üçün 2 variant

19 İyun 2022 12:00 İngiltərə 1 379
Ronaldo üçün 2 variant

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo bu yay klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı ulduz yeni baş məşqçi Erik ten Haqın futbol fəlsəfəsinə uyğun gəlmir.

37 yaşlı futbolçu ilə “Roma”nın maraqlandığı bildirilir. Klub rəhbərliyi hesab edir ki, Ronaldonun transferi “Roma” brendinin inkişafına və onun tanınmasına böyük kömək edəcək.

Lakin İtaliya klubu Ronaldoya ildə 23 milyon avro ödəyə bilməyəcəyi üçün onunla anlaşmaya bilər. “Roma”nın maliyyə feyr-pley problemləri var.

Həmçinin “Roma” da “Mançester Yunayted” kimi cari mövsümdə Avropa Liqasında çıxış edəcək və bu turnir Ronaldonu cəlb etmir.

Ronaldonun karyerasını davam etdirməsi üçün digər variant Çempionlar Liqasında çıxış edəcək “Sportinq”ə qayıtmaqdır.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində 38 oyunda 24 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti