"Barselona"nın sabiq müdafiəçisini transfer edir – Premyer Liqa klubu

17 İyun 2022 18:40 İngiltərə 751
"Barselona"nın sabiq müdafiəçisini transfer edir – Premyer Liqa klubu

"Mançester Siti" "Brayton Albion"un cinah müdafiəçisi Mark Kukurelyanı heyətinə qatmaqda israrlıdı.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər" ispaniyalı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

İki klub arasında danışıqlar davam edir. Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola da sol cinah müdafiəçisini israrla komandasında görmək istəyir.

Kukurelyaya görə qarşı tərəfin 50 milyon sterlinq ödəməyə hazır olduğu bildirilir.

"Barsa"nın yetirməsi olan 23 yaşlı oyunçu 2021-ci ildən çıxış etdiyi "Brayton Albion"da 38 matçda meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada