Paytaxt klubuna transfer olur - "Porto"nun yarımmüdafiəçisi

17 İyun 2022 15:40 İngiltərə 1 166
Paytaxt klubuna transfer olur -  "Porto"nun yarımmüdafiəçisi

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirir.

Sportinfo.az xəbər verir ki, London klubu "Porto"nun yarımmüdafiəçisi Fabio Vieranın transferini yekunlaşdırmaq üzrədir.

22 yaşlı oyunçu sabah tibbi müayinədən keçdikdən sonra "topçularla" müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

"Arsenal"ın portuqaliyalı yarımmüdafiəçinin keçidinə görə qarşı tərəfə 40 milyon avro ödəyəcəyi bildirilir.

"Porto"nun yetirməsi olan futbolçu 2020-ci ildən çıxış etdiyi əsas komandada 76 matça çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti