Paytaxt klubu 5 milyonluq təklifi geri çevirdi – Məşhur hücumçuya görə

16 İyun 2022 18:40 İngiltərə 817
Paytaxt klubu 5 milyonluq təklifi geri çevirdi – Məşhur hücumçuya görə

“Çelsi”nin hücumçusu Romelu Lukaku A Seriyasına qayıda bilər.

Sportinfo.az xəbər verir ki, “İnter” belçikalı futbolçunun icarəsi üçün ilk olaraq 5 milyon avro təklif edib.

Lakin “Çelsi” bu təklifi rədd edib. Belçikalı daha əvvəl “İnter”də forma geyinib.

Lukaku ötən mövsüm bütün turnirlərdə 44 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti