Premyer Liqa klubu 17 milyon avroya satmaq istəyir – Bu gənci

16 İyun 2022 15:20 İngiltərə 548
Premyer Liqa klubu 17 milyon avroya satmaq istəyir – Bu gənci

“Liverpul”un futbolçusu Takumi Minamino bu yay İngiltərə klubunu tərk edəcək.

Sportinfo.az xəbər verir ki, mersisaydlılar yaponiyalı futbolçunu təxminən 17 milyon avroya satmağı planlaşdırırlar.

Adı açıqlanmayan üç klubun “Liverpul”un hücumameyilli oyunçusu ilə maraqlandığı bildirilir.

27 yaşlı yaponiyalının “Liverpul”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Minamino ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti