Premyer Liqa təmsilçisi hücumçusunu satmaq istəyir

15 İyun 2022 15:40 İngiltərə 801
Premyer Liqa təmsilçisi hücumçusunu satmaq istəyir

“Mançester Yunayted” ötən mövsümün ikinci hissəsini icarə əsasında “Sevilya”da keçirmiş hücumçu Antoni Marsialla yollarını ayırmaq istəyir.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” Marsialın satışından əldə olunan gəliri yeni futbolçular almağa sərf etməyi planlaşdırır.

Daha əvvəl “Sevilya”nın prezidenti Xose Kastro klubun 26 yaşlı fransalı futbolçunun hüquqlarını almayacağını bildirmişdi.

Marsial başa çatan mövsümdə 22 matçda 2 qol vurub və məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada