"İndi əldə etdikləri ilə kifayətlənsə, böhran uzaqda deyil" - Atanın oğula məsləhəti

14 İyun 2022 12:00 İngiltərə 685
"İndi əldə etdikləri ilə kifayətlənsə, böhran uzaqda deyil" - Atanın oğula məsləhəti

“Tottenhem”in hücumçusu Son Hın Minin atası oğlunun oyunundan gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, hücumçunun atası oğlunun kifayət qədər yaxşı olmadığını düşünür:

“O, daha çox məşq etməli və daha çox irəliləməlidir. İndi əldə etdikləri ilə kifayətlənsə, böhran uzaqda deyil.

Yaxşı formada qalmaq üçün yuxu rejimi olmalıdır. Daha yaxşı olmağa çalışmalıdır, elə deyilmi?”

Son Premyer Liqada son mövsümün bombardirlərindən biri olub. Cənubi koreyalı futbolçu 35 matçda 23 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti