Premyer Liqa nəhəngi hamının gözlədiyi TRANSFERİ AÇIQLADI

13 İyun 2022 18:20 İngiltərə 1 099
Premyer Liqa nəhəngi hamının gözlədiyi TRANSFERİ AÇIQLADI

"Borussiya"nın (Dortmund) sabiq hücumçusu Erlinq Holand "Mançester Siti" ilə müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı norveçli İngiltərə klubuna iyulun 1-dən qoşulacaq.

Onun müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə olacaq.

Daha əvvəl "Mançester Siti"də Erlinq Holandın atası Alf-İnge Holann çıxış edib.

İstedadlı forvard Dortmund "Borussiya"sının formasını 2020-ci ilin yanvarından geyinib. Bu müddətdə o, 89 qarşılaşmada 86 qol və 23 məhsuldar ötürmə müəllifi olub.

"Transfermarkt" Erlinq Holannın transfer məbləğini 75 milyon avro ilə qiymətləndirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti