"Bilirəm ki, Kriştiano Ronaldonun qalmaq ehtimalı var"

13 İyun 2022 00:20 İngiltərə 856
"Bilirəm ki, Kriştiano Ronaldonun qalmaq ehtimalı var"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill komandanın hansı mövqeləri gücləndirməli olduğu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Mançester klubunun saytına açıqlama verən keçmiş futbolçu “qırmızı şeytanlar”ın mərkəz hücumçusuna ehtiyacı olduğunu deyib:

“Klubun mərkəz hücumçusuna ehtiyacı var. Bilirəm ki, Kriştiano Ronaldonun qalmaq ehtimalı var, o, parlaq oyunçudur.

Bununla belə, “Mançester Yunayted”ə yeni mərkəz hücumçusu lazımdır. Mərkəz hücumçusu vacibdir”.

37 yaşlı Ronaldo son mövsümdə “Mançester Yunayted”in heyətində 39 oyunda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. MY son mövsümdə Premyer Liqanı 6-cı pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada