Məşhur hücumçudan 25 milyon avro qazanmaq istəyirlər

11 İyun 2022 10:20 İngiltərə 729
Məşhur hücumçudan 25 milyon avro qazanmaq istəyirlər

“Çelsi” klubu hücumçusu Romelu Lukakunu icarəyə verməyi nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, London klubu 29 yaşlı belçikalının icarəsinə görə 25 milyon avro qazanmaq istəyir.

Belçikalı hücumçunun maaşını 40 faiz azaltmağa hazır olduğu qeyd edilir.

Eyni zamanda, Lukakunun meneceri onun vaxtı ilə formasını geyindiyi “İnter”ə qayıtması imkanlarını araşdırır.

“Çelsi” Lukakunun yerinə “Mançester Siti”nin hücumçusu Qabriel Jesusu transfer etməyi planlaşdırır.

Lukaku ötən mövsüm “Çelsi”nin heyətində 44 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti