Premyer Liqa klubu hücumçusunu bu qiymətə satmağa razıdır

10 İyun 2022 12:20 İngiltərə 708
Premyer Liqa klubu hücumçusunu bu qiymətə satmağa razıdır

“Liverpul” hücumçusu Sadio Manenin transfer qiyməti ilə bağlı tələbləri aşağı salıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Daha əvvəl İngiltərə klubunun “Bayern”in 30 yaşlı seneqallı üçün təxminən 35 milyon avroluq ikinci təklifini rədd etdiyi bildirilirdi.

Mənbənin sözlərinə görə, “Liverpul”un imtinasına baxmayaraq, klublar arasında danışıqlarda irəliləyiş var.

Mane üçün əvvəlcə Münhen klubundan 50 milyon avro istəyən mersisaydlıların indi 45 milyona razılaşdığı qeyd edilir.

Eyni zamanda, Manenin özü də Münhenə köçmək istəyir və “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp artıq onun transferinə prinsipial razılıq verib.

Mane ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 50 oyunda 23 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!