"Mançester Siti" 100 milyon avro qiymət qoydu - Bernardo Silvaya

10 İyun 2022 01:30 İngiltərə 1 009
"Mançester Siti" 100 milyon avro qiymət qoydu - Bernardo Silvaya

"Mançester Siti" futbolçusu Bernardo Silvanın qiymətini müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, Mançester təmsilçisi 27 yaşlı yarımmüdafiəçini 100 milyon avrodan aşağı satmağı düşünmür.

Xəbərə görə, "Barselona" Bernardonu transfer etmək istəyir. Kataloniya klubu maliyyə problemləri yaşadığı üçün İngiltərə klubu oyunçusuna bu qədər məbləğ qoyur ki, transfer reallaşmasın.

Portuqaliya millisinin üzvü 2017-ci ildən çıxış etdiyi "Mançester Siti"də 251 oyunda 48 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada