Premyer Liqa klubu transfer etdi - Danimarka millisinin üzvünü

10 İyun 2022 00:10 İngiltərə 989
Premyer Liqa klubu transfer etdi - Danimarka millisinin üzvünü

"Lids Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Zalsburq"un müdafiəçisi Rasmus Kristenseni transfer edib.

24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə klubunun bu transferə görə qarşı tərəfə 10 milyon avro ödədiyi iddia olunur.

Müdafiəçi 2020-ci ildən çıxış etdiyi Danimarka millisində 6 oyun keçirib.

Kristensen daha öncə "Midtyulland" (Danimarka) və Niderlandın "Ayaks" klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada