"Mançester Yunayted"dən 80 milyonluq təklif - "Barselona"nın ulduzuna

9 İyun 2022 22:00 İngiltərə 546
"Mançester Yunayted"dən 80 milyonluq təklif -

Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted" "Barselona"nın futbolçusu Frenki de Yonqu heyətinə qatmaq istəyir.

Mançester təmsilçisi niderlandlı oyunçu üçün Kataloniya klubuna 60 milyon avro və əlavə olaraq bonuslar şəklində 20 milyon avro ödəməyə hazırdır.

Klub rəsmiləri "qırmızı şeytanlar"ın bu təklifini düşünməyə başlayıblar.

"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haqq şəxsən özü bu transferdə maraqlıdır.

25 yaşlı yarımmüdafiəçi "Barselona"ya 2019-cu ildə "Ayaks"dan 75 milyon avoya transfer olmuşdu. O, komanda ilə bu günə qədər 140 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!