Premyer Liqanı La Liqaya dəyişəcək? - Braziliyalı hücumçusu

9 İyun 2022 01:30 İngiltərə 748
Premyer Liqanı La Liqaya dəyişəcək? - Braziliyalı hücumçusu

“Mançester Siti”nin hücumçusu Qabriel Jesus “Real”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, Madrid klubu transferi 45-50 milyon avroya başa gələcək 25 yaşlı braziliyalının keçidini həll etmək imkanlarını araşdırır.

Məlumatda bildirilib ki, Jesus həm “Real” rəhbərliyini, həm də baş məşqçi Karlo Ançelottini çox sevir.

Eyni zamanda, Jesusun istədiyi maaş elə də çox deyil, çünki o, “Mançester Siti”də ildə təxminən 7,5 milyon avro alır.

Jesus ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə meydana çıxdığı 41 oyunda 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti