Məşhur hücumçu maaşının azalmasına razıdır - Geri qayıtmaq üçün

8 İyun 2022 15:20 İngiltərə 1 108
Məşhur hücumçu maaşının azalmasına razıdır - Geri qayıtmaq üçün

“İnter” hücumçu Romelu Lukaku üçün “Çelsi”yə iki illik icarə təklifi etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı belçikalı futbolçu London klubunun rəhbərliyindən “İnter”in təklifini qəbul etməyi xahiş edib.

Eyni zamanda, Lukaku İtaliyaya qayıtmaq üçün hazırkı maaşının üçdə birindən imtina etməyə hazırdır.

Lukaku ötən mövsüm bütün turnirlərdə londonluların heyətində 44 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Belçikalı futbolçu daha əvvəl İtaliyada “İnter”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada