"O, növbəti mövsümdə də klubda qalmağa razılıq verdi"

8 İyun 2022 01:40 İngiltərə 451
"O, növbəti mövsümdə də klubda qalmağa razılıq verdi"

"Liverpul" 36 yaşlı yarımmüdafiəçi Ceyms Milnerlə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yürgen Klopp bu məsələyə münasibət bildirib.

Almaniyalı mütəxəssis futbolçunun komandada qalmasını yüksək qiymətləndirib:

"Mən bu xəbərə sevindim. Milner bizim üçün vacib futbolçudur. O, liderlik keyfiyyəti ilə seçilir. Mən bunu təsdiqləyirəm.

Onun peşəkarlığı hər bir futbolçu üçün numunədir. Milnerə hələ də ehtiyacımız var. Belə futbolçunu itirməyə haqqımız yoxdur.

Ona təşəkkür edirəm ki, növbəti mövsümdə də bizimlə olmaq üçün klubda qalmağa razılıq verdi".

Liverpul təmsilçisi bir neçə gün öncə təcrübəli yarımmüdafiəçi ilə müqavilə müddətini bir il müddətinə artırıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!