Premyer Liqa klubu 80 milyonluq hücumçu transfer edir

8 İyun 2022 00:00 İngiltərə 576
Premyer Liqa klubu 80 milyonluq hücumçu transfer edir

"Liverpul" "Benfika"nın hücumçusu Darvin Nunyesi transfer edir.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu artıq Lisabbon təmsilçisi ilə danışıqlara başlayıb.

"Benfika" oyunçu üçün Liverpul təmsilçisindən 80 milyon avro tələb edir.

Darvin Nunyes 2019-cu ildən Uruqvay millisinin üzvüdür. O, millidə 11 matçda iştirak edib.

22 yaşlı hücumçu 2020-ci ildən çıxış etdiyi Portuqaliya klubunda isə 85 oyunda 48 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti