Qiyməti 80 milyon avro olan futbolçu üçün...

7 İyun 2022 10:00 İngiltərə 484
Qiyməti 80 milyon avro olan futbolçu üçün...

“Liverpul” “Benfika”nın hücumçusu Darvin Nunyesi transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu artıq 22 yaşlı hücumçunun transferi ilə bağlı ilkin danışıqlara başlayıb.

Nunyes 2021/22 mövsümündə bütün yarışlarda 41 matçda 34 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Benfika” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Daha əvvəl “Benfika”nın bombardirini təxminən 80 milyon avroya satmağa hazır olduğu bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti