Kriştiano Ronaldo 2021/2022 mövsümünün sonunda "Mançester Yunayted"də daha bir mükafat alıb.
Sportinfo.az xəbər verir ki, 37 yaşlı hücumçunun İngiltərə Premyer Liqasının 29-cu turunun “Tottenhem”lə matçda (3:2) vurduğu ilk qolu “Mançester Yunayted”də ötən mövsümün ən yaxşı qolu seçilib.
O, 12-ci dəqiqədə baxımlı qola imza atıb və sözügedən görüşdə het-trik edib.
Qeyd edək ki, Ronaldo bundan əvvəl azarkeşlər tərəfindən "Mançester Yunayted"də ilin ən yaxşı oyunçusu seçilmişdi.
Sözügedən qola videonun 17-ci saniyəsindən baxmaq mümkündür.

