Premyer Liqa klubu bu transferdən niyə vaz keçdi?

6 İyun 2022 00:20 İngiltərə 1 261
Premyer Liqa klubu bu transferdən niyə vaz keçdi?

Sportinfo.az xəbər verir ki, "Liverpul" bu yay "Barselona"nın yarımmüdafiəçisi Qavini transfer etmək fikrindən daşınıb.

17 yaşlı futbolçu "Barselona"da qalmaq istədiyi üçün Mersisayd təmsilçisi bu ideyadan imtina edib.

Daha əvvəl ispan oyunçu ilə "Bavariya" və PSJ-nin maraqlandığı bildirilirdi.

Qavi ötən mövsüm Kataloniya təmsilçisində 47 oyun keçirib, 2 qol vurub, 6 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada