Premyer Liqa klubu icarəyə götürdüyü qapıçı ilə yollarını ayırdı

5 İyun 2022 01:40 İngiltərə 1 475
Premyer Liqa klubu icarəyə götürdüyü qapıçı ilə yollarını ayırdı

"Tottenhem" icarə əsasında komandada çıxış edən italiyalı qapıçı Pyerluici Qollini ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London təmsilçisi qolkiperi klubda saxlamağa ehtiyac duymayıb.

İtaliya millisində bir matç keçirən 27 yaşlı qapıçı müqavilə ilə məxsus olduğu "Atalanta"ya geri dönüb.

Pyerluici Qollini geridə qalan mövsümdə Premyer Liqa klubunun heyətində cəmi 10 oyuna çıxıb. O, bu görüşlərdə qapısında 11 top görüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada