"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard növbəti mövsüm komandasında görmək istədiyi futbolçuların adını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Cerrard öncə sərəncamında sabiq komanda yoldaşı Luis Suaresi görmək istəyir.
"Liverpul"un müdafiəçisi Co Qomes də mütəxəssisin siyahısında yer alır.
"Anderlext"in 21 yaşlı üzvü Serxio Qomes və "Lİds" klubunun oyunçusu Kalvin Filips növbəti mövsüm Cerrardın komandasında görmək istədiyi digər futbolçulardır.
"Liverpul"un canlı əfsanəsi Birmingen təmsilçisini 2021-ci ildən çalışdırır. Komanda onun rəhbərliyi altında son mövsümü 45 xalla 14-cü pillədə tamamlayıb.

