“Mançester Yunayted” başa çatan müqaviləni yeniləmədi

3 İyun 2022 12:20 İngiltərə 995
“Mançester Yunayted”  başa çatan müqaviləni yeniləmədi

“Mançester Yunayted” Xuan Mata ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

“Mançester Yunayted” Mataya bu sözlərlə vida edib:

“Karyeranızın səkkiz ilini “Mançester Yunayted”ə həsr etdiyiniz üçün təşəkkür edirik, Xuan. Klubdakı hər kəs sizə gələcək üçün ən yaxşısını arzulayır”.

İspaniyalı futbolçu 2014-cü ilin yanvarında “Mançester Yunayted”ə keçib. O, klubda 285 oyun keçirib 51 qol vurub və 4 kubok qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada