Braziliya millisinin müdafiəçisini transfer etdi - Premyer Liqa klubu

2 İyun 2022 21:40 İngiltərə 888
Braziliya millisinin müdafiəçisini transfer etdi - Premyer Liqa klubu

"Aston Villa" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Birmingem təmsilçisi "Sevilya"dan Dieqo Karlosu rənglərinə bağlayıb.

Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

"Aston Villa" 29 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb. Klub bu keçid üçün qarşı tərəfə 31 milyon avro təzminat ödəyib.

Dieqo Karlos 2019-cu ildən "Sevilya"da çıxış edirdi. Braziliya millisinin üzvü başa çatan mövsümdə Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 45 matçda 3 qol vurub.

Resim

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti