Premyer Liqa təmsilçisi yetirməsini saxlamağı lazım bilmədi

2 İyun 2022 10:20 İngiltərə 871
Premyer Liqa təmsilçisi yetirməsini saxlamağı lazım bilmədi

“Mançester Yunayted” daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” Pol Poqbanın ardından Cessi Linqardla da vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin bu ayın sonuna qədər olduğunu xatırladan klub, onunla yeni sözləşmə imzalanmayacağını bəyan edib.

Kiçik yaşlarından “Mançester Yunayted”də forma geyinməyə başlayan Linqard bu klubun əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada