“Barselona” 85 milyon avro istəyir – Bu transferin baş tutması üçün

1 İyun 2022 22:00 İngiltərə 937
“Barselona” 85 milyon avro istəyir – Bu transferin baş tutması üçün

“Mançester Yunayted” niderlandlı yarımmüdafiəçi Frenki de Yonq üçün “Barselona” ilə birbaşa danışıqlara başlayıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu Frenki de Yonq üçün 85 milyon avro istəyir.

“Mançester Yunayted” danışıqlar zamanı transfer məbləğinin azaldılacağını gözləyir. De Yonqun özü isə “Barselona”da qalmağa ümid edir.

Lakin İngiltərə klubu maliyyə problemlərini həll etməli olan kataloniyalılara təzyiq göstərməyi planlaşdırır.

Niderlandlı futbolçunun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada