Poqba getdi - "Mançester Yunayted" müqaviləni uzatmadı

1 İyun 2022 15:40 İngiltərə 802
Poqba getdi - "Mançester Yunayted" müqaviləni uzatmadı

"Mançester Yunayted"də ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Pol Poqba komandanı tərk edib.

Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Pol Poqba "Mançester Yunayted"ə 2016-cı ilin yayında "Yuventus"dan transfer olunub.

29 yaşlı futbolçu 2021/2022 mövsümündə İngiltərə klubunun heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti