Tanınmış xorvatiyalı Premyer Liqada – 2 illik müqavilə

1 İyun 2022 12:20 İngiltərə 862
Tanınmış xorvatiyalı Premyer Liqada – 2 illik müqavilə

“Tottenhem” Xorvatiya millisinin futbolçusu İvan Perişiçi heyətinə qatıb.

Sportinjfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Son komandası İtaliya “İnter”i olan təcrübəli oyunçu “Tottenhem”ə azad agent statusu ilə keçib.

Perişiç ötən mövsüm Milan təmsilçisində 48 oyuna 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada