Məsləhətçi olmaq istəmədi, “Mançester Yunayted”dən ayrıldı

30 May 2022 10:00 İngiltərə 602
Məsləhətçi olmaq istəmədi, “Mançester Yunayted”dən ayrıldı

“Mançester Yunayted”in sabiq baş məşqçisi Ralf Ranqnik “qırmızı şeytanlar”la yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Ole Qunnar Sulşerin istefasından sonra müvəqqəti baş məşqçi təyin olunan təcrübəli mütəxəssis mövsüm bitən kimi bu postundan ayrılmışdı.

Lakin o, klubda qalıb məsləhətçi kimi fəaliyyətini davam etdirməliydi. Amma Mançester təmsilçisinin yaydığı məlumata görə, Ranqnik bu vəzifəsindən də istefa verib.

Qarşılıqlı razılıq əsasında klubdan ayrılan məşqçi, tam olaraq Avstriya yığmasındakı köklənmək istədiyini bəyan edib. “Mançester Yunayted” yaydığı açıqlamada Ranqnikə xidmətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

“Mançester Yunayted”i bundan sonra “Ayaks”dan ayrılan Erik Ten Haq çalışdıracaq. Ranqnik isə Avstriya yığmasının baş məşqçisi kimi işini davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti