İspaniyalı üçün 53 milyon avro ödəməlidir – Paytaxt klubu

29 May 2022 15:20 İngiltərə 942
İspaniyalı üçün 53 milyon avro ödəməlidir – Paytaxt klubu

“Çelsi” “Brayton”un müdafiəçisi Mark Kukurella ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, “zadəganlar” 23 yaşlı futbolçunun keçidi üçün 53 milyon avro ödəməlidir.

Daha əvvəl “Mançester Siti”nin ispan futbolçunu transfer etmək istədiyi, Kukurellanın bu keçidə razılıq verdiyi bildirilirdi.

Müdafiəçi ilə “Tottenhem” də maraqlanır.

Kukurella “Barselona”nın məzunudur. O, 2020-ci ilin yayında “Barsa”dan ayrılaraq “Xetafe”yə keçib, bir il sonra isə ispan müdafiəçi “Brayton”un oyunçusu olub.

Kukurella ötən mövsüm bütün turnirlərdə 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçu ilə “Brayton” arasındakı müqavilə 2026-cı ildə başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti