Premyer Liqa klubu ilə vidalaşdı - Türkiyəli hücumçu

28 May 2022 00:10 İngiltərə 1 678
Premyer Liqa klubu ilə vidalaşdı - Türkiyəli hücumçu

Türkiyə millisinin hücumçusu Cenk Tosun “Everton” ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, o, 4.5 mövsümlük “Everton” karyerasını başa vurduğunu sosial şəbəkə hesabında paylaşıb.

O, müqaviləsinin müddəti bitdiyi üçün azad agent statusu alıb.

Cenk Tosun 2018-ci ilin yanvarında “Beşiktaş”a rekord transfer məbləği – 28 milyon avro qazandıraraq İngiltərə klubuna keçmişdi.

O, Premyer Liqa klubunda cəmi 61 matça çıxıb, 11 qol vurub. 30 yaşlı hücumçu 2019/20 mövsümünün qış fasiləsində “Kristal Pelas”a, ötən mövsümün qış fasiləsində isə “Beşiktaş”a icarəyə verilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada